SIPRI: “Nüvə dövlətləri öz arsenallarına getdikcə daha çox sərmayə qoyurlar”

SIPRI: “Nüvə dövlətləri öz arsenallarına getdikcə daha çox sərmayə qoyurlar”

Ölkələr silahlı qüvvələrini modernləşdirmək və genişləndirmək üçün uzunmüddətli planları həyata keçirdikcə mövcud nüvə silahlarının sayı artmağa başlayıb.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik təhlilində deyilir.

Araşdırmaya əsasən, 9 nüvə dövləti – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail öz nüvə arsenallarını modernləşdirməyə davam edir və 2022-ci ildə bir neçə yeni nüvə başlıqları əldə ediblər.

2023-cü ilin yanvar ayında təxminən 12,5 min ədəd olan döyüş başlıqlarının ümumi qlobal ehtiyatının təxminən 9,5 mini potensial istifadə üçün hərbi ehtiyatlarda idi ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 86 ədəd çoxdur.

Bunlardan təqribən 3,8 min döyüş başlığı raketlər və təyyarələrlə birlikdə yerləşdirilib, demək olar hamısı Rusiya və ya ABŞ-a məxsus olan təxminən 2 min ədədi yüksək hazırlıq vəziyyətində, yəni raketlərə quraşdırılmış və ya nüvə bombardmançılarının aviabazalarında saxlanılmış halda olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + five =