Yaponiyada kəskin istilər səbəbindən minlərlə insan xəstəxanaya yerləşdirilib

Yaponiyada kəskin istilər səbəbindən minlərlə insan xəstəxanaya yerləşdirilib

Yaponiyada may ayında azı 3 600 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib ki, bu da 2015-ci ildən indiyədək ən yüksək rəqəmdir.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd olunur ki, 2022-ci illə müqayisədə may ayında istilər səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı minə yaxın artıb. Eyni zamanda, sinoptiklər 2023-cü ilin yayının ötən illə müqayisədə daha isti olacağını proqnozlaşdırır və insanları günəş altında uzun müddət qalmamağa, papaq geyinməyə və bol maye qəbul etməyə çağırır.

Ölkədə ən isti dövr bir qayda olaraq, iyul və avqust aylarına düşür. Yaponiyada hər il günvurma səbəbindən on minlərlə insanın xəstəxanaya yerləşdirilməsinə səbəb olur və yüzlərlə ölüm qeydə alınır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 6 =