Baydenə qarşı impiçment sənədi ABŞ Konqresinə təqdim edilib
Respublikaçıların nümayəndəsi Lauren Bobert ABŞ prezidenti Co Baydenin ölkənin cənub sərhədlərinin təhlükəsizliyini təmin etmədiyinə görə ona qarşı impiçment təklifini Konqresə təqdim edib.
APA-nın məlumatına görə, bu barədə Bobert öz Tvitter səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Amerika lideri “cənub sərhədimizi qorumaqla bağlı konstitusiya borcunu tamamilə yerinə yetirə bilməyib”.
“Bu səbəbdən mən onu vəzifədən uzaqlaşdırmaq üçün impiçment təqdim etdim” – Bobert deyib.
Apa.az