ABŞ-ın bir neçə dövlət qurumu kiberhücumlara məruz qalıb
Son həftələrdə onlarla ABŞ şirkətinə edilən haker hücumlarının daha geniş modelinin bir hissəsi kimi bir neçə ABŞ dövlət qurumu kiberhücumlara məruz qalıb.
Amerika mediası bu gün bir neçə federal təşkilatın sındırılması barədə məlumat verib və yazıb ki, bu hadisə son həftələrdə ABŞ-da onlarla şirkət və təşkilatı hədəf alan daha geniş haker hücumunun bir hissəsidir.
Amerikanın əsas kibertəhlükəsizliyə nəzarət orqanı olan Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) cümə axşamı bildirib ki, hücumların miqyasını hələ də araşdırır.
Amerika agentliyinin direktor müavini Erik Qoldşteyn deyib: “CISA həklənmiş bir neçə federal quruma yardım edir. Bu hücumun nəticələrini anlamağa və vaxtında düzəltməyə çalışırıq”.
NBC News məlumat verirb ki, hakerlər məlumatların sürətli ötürülməsi üçün məşhur alət olan MOVEIT adlı proqramdakı zəiflikdən istifadə etdiyini bildirib. Bu zəiflik əvvəllər məlum deyildi.
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Mandiant” şirkətinin texnologiya departamentinin direktoru “Charles Carmacal” bildirib ki, ona ABŞ-ın bəzi federal qurumlarının məlumatlarının MOVEIT proqramının haker hücumu yolu ilə oğurlandığı barədə məlumat verilib.
Oğurlanmış məlumatların həssas olub-olmadığı və ya hakerlərin hökumət sistemlərini pozub-dağıdmadığı hələ aydın deyil.
Keçən həftə FTB xəbərdarlıq edib ki, CLOP adlı haker qrupu MOVEIT proqramında əvvəllər məlum olmayan boşluqdan istifadə edir.
Hesabatlar göstərir ki, bu qrup proqramın bu zəifliyindən ən azı 47 təşkilatın fayllarını oğurlamaq üçün istifadə edib və sonra onları ödəniş etməsələr, oğurlanmış faylları yaymaqla hədələyib.