Tacikistan AİB-dən imtina etdi

Tacikistan AİB-dən imtina etdi

Publika.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Məmurun sözlərinə görə, Moskva hələ bu barədə heç bir siqnal almayıb.

Overçuk Sank-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı çərçivəsində deyib ki, bu onların qərarı olmalıdır: “Qərarı hansı formada qəbul edəcəkləri tamamilə onlara qalıb. Bu, maneəsiz ticarət, vahid gömrük məkanı və vahid əmək bazarı məsələlərinə də aiddir”.

Bundan əvvəl Tacikistan Prezidenti Emoməli Rəhmon Avropa İttifaqından (Aİ) Əfqanıstanla sərhədin möhkəmləndirilməsi istiqamətində kömək istəyib.

O, qeyd edib ki, qonşu dövlətin ərazisi terrorizm ocağına çevrilib. Və ölkə dünyanın ən böyük narkotik istehsalçılarından biri olmağa davam edir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =