Suriya üzrə Astana formatında danışıqların növbəti raundunun tarixi açıqlanıb

Suriya üzrə Astana formatında danışıqların növbəti raundunun tarixi açıqlanıb

Suriya üzrə Astana formatında danışıqların növbəti raundu 20-21 iyun tarixlərində Qazaxıstanın paytaxtında keçiriləcək.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, danışıqlarda qarant ölkələrin – Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, Suriya hökuməti və müxalifətinin nümayəndələri iştirak edəcək.

Həmçinin əlavə olunub ki, BMT, İordaniya, Livan və İraq nümayəndələrinin müşahidəçi qismində iştirakı gözlənilir.

Danışıqların gündəliyinə Suriya ətrafında regional vəziyyətin və ölkədəki vəziyyətin normallaşması, terrorizmlə mübarizə məsələləri, etimad tədbirlərinin gücləndirilməsi, o cümlədən girovların azad edilməsi və itkin düşmüş şəxslərin axtarışı, humanitar vəziyyət, Suriyanın münaqişədən sonra yenidən qurulmasına töhfə vermək və suriyalı qaçqınların vətənlərinə qayıtmaları üçün şərait yaratmaq məqsədi ilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər etmək mövzuları daxildir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 3 =