Peterburqda Putinlə BƏƏ prezidenti arasında görüş keçirilir – YENİLƏNİB

Peterburqda Putinlə BƏƏ prezidenti arasında görüş keçirilir – YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, danışıqlar başlamazdan əvvəl dövlət başçıları Forumun ərazisində görüşüb, BƏƏ-nin stendlərinə baş çəkiblər.

Qeyd edək ki, BƏƏ Peterburq iqtisadi forumunun əsas qonağıdır.

Putin BƏƏ prezidenti ilə sonuncu dəfə 2022-ci ilin payızında da Sankt-Peterburqda görüşüblər.

***

11:25

Rusiya Prezidenti Vladimir Putin bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşəcək.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin və BƏƏ-dən olan həmkarı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşəcəklər.

Qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri forumda əsas qonaq qismində iştirak edir.

Xatırladaq ki, Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forum (SPIEF) öz işinə başlayıb. 130 ölkədən 17 mindən çox insanın iştirak etdiyi forum 14-17 iyun tarixlərində keçirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =