ABŞ-də tornado nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın yaralı var

ABŞ-də tornado nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın yaralı var

ABŞ-nin Texas ştatının Perriton şəhərində baş verən tornado nəticəsində 3 nəfər ölüb, 100-ə yaxın şəxs yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadla ABC telekanalı məlumat yayıb.

Bildirilib ki, Perritonda treyler evləri və telekommunikasiya qüllələri də dağıdılıb. Bundan əlavə, elektrik enerjisində fasilələr var. Bununla bağlı yerli xəstəxananın nümayəndəsi telekanala bildirib ki, müəssisə elektrik generatorlarının köməyi ilə işləməyə məcbur olub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + eleven =