Napoleonun məktub yazdığı sultanın qılıncı fantastik qiymətə satıldı

Napoleonun məktub yazdığı sultanın qılıncı fantastik qiymətə satıldı

Publika.az xəbər verir ki, “Bonhams” hərrac evindən verilən açıqlamaya görə, çərşənbə axşamı günü hərracda təxmini alış dəyərindən yeddi dəfə baha qiymətə satılan qılınc, Hindistan və İslam mədəniyyət abidəsinin əvvəlki rekordunu qırıb. Bu məlumatı Pakistanın “The Times of İslamabad” qəzeti yayıb.

Əlavə olaraq onu da bildirək ki, Tipi Sultan 1399-cu ildə Hindistanda yaranan Maysur əmirliyinin başçısı olub. Britaniya və Fransanın müstəmləkəçilərinə qarşı rəşadətlə döyüşüb.

Tipu Sultan 1788-ci ildə Parisə səfər edib və kral sarayında (Versalda) təntənə ilə qarşılanıb. Lakin inqilab bütün siyasi kartları qarışdırdı və ingilislər Hindistandakı fransız müstəmləkələrinin hamısını işğal etdilər.

Tarixdən o da məlumdur ki, 1799-cu ildə Napoleon Maysur hakimi Tipu Sultana məktub göndərərək ona ingilislərə qarşı müttəfiqlik təklif edib.

Lakin uzun yol gedən məktub Maysur hakiminə çox gec çatıb…

“Maysur pələngi” ləqəbi ilə tanınan sultanın dönəmində Maysur əmirliyi Hindistanda mədəniyyət və incəsənətin ən əhəmiyyətli mərkəzlərindən biri olaraq tanınırdı.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 14 =