Kəlbəcər və Xocavənddə həkimlər hansı şəraitdə işləyəcəklər? -Video

Kəlbəcər və Xocavənddə həkimlər hansı şəraitdə işləyəcəklər? -Video

Yeni hospital müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunub. Hərbi hospitalda poliklinika, terapiya, cərrahiyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana fəaliyyət göstərir.

Hospitalın poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt fəaliyyət göstərir. Kəlbəcər hospitalında çalışan həkimlər üçün hər cür şərait yaradılıb. Müasir tipli hospitalın Təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur. Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Burda laboratoriya bölməsi də fəaliyyət göstərir. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =