Qüds və İordan çayının qərb sahilində son bir həftədə 159 müqavimət əməliyyatı keçirilib

Qüds və İordan çayının qərb sahilində son bir həftədə 159 müqavimət əməliyyatı keçirilib

Müqavimət əməliyyatları işğal altında olan Qüds və İordan çayının qərb sahilində son bir həftə ərzində davam edib və bu əməliyyatlarda yeddi sionist yaralanıb.

Mehr Xəbər Agentliyinin Şahab News saytına istinadən verdiyi məlumata görə, Muti Statistika Mərkəzi bir bəyanat yayaraq, son bir həftə ərzində işğal altındakı Qüds və İordan çayının qərb sahilində 159 müqavimət əməliyyatının qeydə alındığını elan edib.

Buna hesabata görə, bu müqavimət əməliyyatları arasında 23 atışma və soyuq silahdan istifadə hadisəsi var.

Həmçinin son bir həftədə fələstinli gənclər sionist rejimin iki hərbi qərargahını yandırıblar.

Müqavimət əməliyyatlarının 22 hadisəsi sionist mühacirlərin Qüds və İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumuna qarşı olub.

Bu əməliyyatlar zamanı 7 sionist yaralanıb, biri 20 yaşlı Xəlil Yəhya Elanis, digəri isə 19 yaşlı Faris Əbdülmunim Məhəmməd Həşşaş olmaqla 2 fələstinli şəhid olub. Bu iki fələstinli gənc sionist qüvvələrin İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə hücumu zamanı şəhid olublar.

Qeyd edək ki, son həftələrdə Fələstin müqaviməti və anti-sionist əməliyyatlarının sayı həmişəkindən artıq olub və bu, sionist ordusunun İordan çayının qərb sahilinin şimalında, xüsusilə Cənin və Nablus şəhərlərində genişmiqyaslı əməliyyata başlamağı düşünməsinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + eighteen =