Sionist rejim fələstinlilərin dinc yürüşünü yatırıb

Sionist rejim fələstinlilərin dinc yürüşünü yatırıb

Sionist qüvvələr məskunlaşma siyasətinə etiraz olaraq fələstinlilərin İordan çayının qərb sahilində dinc yürüşünü yatırıb və Fələstin vətəndaşlarına hücum ediblər.

Bu gün günorta (cümə) İsrail əsgərləri İordan çayının qərb sahilinin bir neçə bölgəsində İsrailin şəhərsalma siyasətinə qarşı fələstinlilərin dinc yürüşünü yatırıb.

Əl-Ərəbiyyəl-Cədid qəzeti fələstinli jurnalistlərə istinadən yazıb ki, fələstinlilərin Nablusun şərqində (İordan çayının qərb sahilinin şimalı) “Beyt Dəcan” kəndində sionist rejimin yeni yaşayış məntəqələri tikməsinə qarşı həftəlik yürüşü yatırılıb. Sionist rejim qüvvələri fələstinlilərə gözyaşardıcı qazla hücum edib. Onlar bu hücumun ardınca bir neçə fələstinlinin təngnəfəsliyə düçar olduğunu bildiriblər.

Yerli mənbələr Qətərin bu qəzetinə istinadən bildiriblər ki, Qəlqəliyyənin şərqində (İordan çayının qərb sahilinin şimalında) “Kəfr Qədum” kəndində fələstinlilərin yürüşü yatırılıb və sionist əsgərlər plastik güllələr və zəhərli gözyaşardıcı qazla fələstinlilərə hücum ediblər.

Bu mənbələrə görə, bu hücumda onlarla fələstinli qazlardan təngnəfəsliyə düçar olub, 3 fələstinli də sionist əsgərlərin plastik güllələrindən yaralanıb.

İordan çayının qərb sahilinin cənubundakı “Beyt Əmr” bölgəsində sionist əsgərlər plastik güllə və zəhərli gözyaşardıcı qazla fələstinlilərə hücum edib. Sionist əsgərlər bu hücumda fələstinli fotoqraf “İyhab Əl-Əlami”ni güllə ilə hədəfə alıb və onu yaralayıblar.

Əl-Ərəbiyyəl-Cədid həmçinin qeyd edib ki, bu hücumda bir neçə fələstinli də plastik güllələrdən və gözyaşardıcı qazdan xəsarət alıb.

Ramullahın şimal-şərqindəki “Kəfr Məlik” kəndi yaxınlığındakı “Əyn Samiyə” bölgəsində sionist mühacirlərin hücumlarına və qərbdə Fələstin torpaqlarının işğalına etiraz edən fələstinlilərə atəş açıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + six =