Sionist rejim fələstinli uşaqların həbsini qanuniləşdirməyə çalışır

Sionist rejim fələstinli uşaqların həbsini qanuniləşdirməyə çalışır

Sionist rejimin Knesseti (parlamenti) fələstinli uşaqların həbsini qanuniləşdirmək üçün bu mövzuda qanun layihəsini nəzərdən keçirir.

  Sionist rejim Knessetinin (parlament) Qanunvericilik Nazirləri Komitəsi bazar günü 12 yaşlı fələstinli uşaqların həbsi ilə bağlı “Utzma Yehudit” (Yəhudi Gücü) partiyasının “Yitzhak Kruzer” tərəfindən təklif edilən qanun layihəsini nəzərdən keçirəcək.

Kruzerin təklif etdiyi bu qanun layihəsi “Mahmud Əlivat”ın (13 yaşında) Əl-Əqsa məscidinin cənubunda yerləşən Selvan şəhərinin Vadi Həlva küçəsində anti-sionist əməliyyatından sonra təqdim edilib.

Bu əməliyyat zamanı bir sionist zabit və onun atası yaralanıb və bir sionist mühacir fələstinli yeniyetməni atəşə tutub və onu yaralayıb.

 “Əl-Ərəbiyyəl-Cədid” saytının məlumatına görə, sionist rejim 14 yaşdan yuxarı yeniyetmələrin həbsini qanuniləşdirib, lakin bu qanun layihəsində Kruzer fələstinli uşaqların həbsi üçün qanuni yaş həddinin 12 ilə endirilməsinə qərar verib. O deyib: Bu uşaqlar tərəfindən anti-sionist əməliyyatlar aparılsa, onlar “İslah Mərkəzi”nə köçürülmək əvəzinə həbsxanaya göndəriləcəklər.

Bununla bağlı Kruzer “İsrael Hyum” qəzetinə bildirib : “Anti-sionist əməliyyatların gənc ifaçılarına qarşı sərt cəzalar tətbiq edilməlidir və biz oyunun qaydalarını dəyişəcəyik.”

Bu qəzet bəzi siyasi mənbələrə istinad edərək yazıb ki, bu qanunun təsdiqi sionist rejim əleyhinə beynəlxalq qanunların tətbiq olmasına səbəb ola bilər.

Qüds və İordan çayının qərb sahilində fələstinli uşaqların saxlanmasına qarşı olan başqa bir İsrail təşkilatı da xüsusilə Şərqi Qüdsdə fələstinli uşaqlara ciddi ziyan vuran bu qanunu qeyri-əxlaqi adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − seven =