Ardıcıl 24-cü həftədir Netanyahuya qarşı nümayişlər keçirilir

Ardıcıl 24-cü həftədir Netanyahuya qarşı nümayişlər keçirilir

İşğal olunmuş ərazilərin sakinləri ardıcıl 24-cü həftədir ki, bu rejimin baş nazirinə qarşı nümayiş keçiriblər.

Şənbə günü işğal olunmuş ərazilərin sakinləri ardıcıl 24-cü həftədir müxtəlif şəhərlərdə baş nazir Benyamin Netanyahuya etiraz ediblər.

Netanyahu işğal altındakı Fələstində məhkəmə hakimiyyətinin gücünü azaltmaq üçün plan təklif edib. Onun planına sionist rejimin Ali Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması təklifləri daxildir.

Netanyahu və bu planın tərəfdarları məhkəmə sisteminin həddən artıq gücə malik olduğunu və icra hakimiyyətinin fəaliyyətinə mane olduğunu iddia edirlər. Lakin bu islahatların təklifi işğal olunmuş Fələstinin iri şəhərlərində buna qarşı geniş etirazlara səbəb olub.

Etirazçılar deyirlər ki, Netanyahu məhkəmə sistemini zəiflətməklə özünü korrupsiya ittihamlarından qorumağa çalışır. Bu etirazçıların fikrincə, Netanyahunun təklif etdiyi islahatlar korrupsiya işlərində onu mühakimə etməkdən yayınmağı asanlaşdıra bilər.

Baş nazir olduğu müddətdə Netanyahu rüşvətxorluq, fırıldaqçılıq və ictimai asayişin pozulması da daxil olmaqla çoxsaylı korrupsiya ittihamları ilə üzləşib.

Buna baxmayaraq, bu planın təklifi ardınca gətirdiyi etirazlardan başqa, işğal altındakı Fələstindəki mövcud parçalanmalara diqqət çəkib. Bu rejimlə bağlı məsələləri araşdıran bir çox ekspertlər, hətta işğal olunmuş Fələstinin daxilində belə, bu parçalanmaları İsrailin varlığının sona çatmasına səbəb ola biləcək böyük çatların əlaməti kimi şərh ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =