Təl-Əvivin fələstinli uşaqların həbsini qanuniləşdirmək cəhdinə HƏMAS-ın reaksiyası

Təl-Əvivin fələstinli uşaqların həbsini qanuniləşdirmək cəhdinə HƏMAS-ın reaksiyası

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist rejimin Knessetinin (parlament) fələstinli uşaqların həbsi ilə bağlı icra qanunu layihəsinə yenidən baxılması qərarına reaksiya verib.

  HƏMAS hərəkatı verdiyi açıqlamada İsrail parlamentinin 12 yaşlı fələstinli uşaqların həbsi ilə bağlı qanun layihəsinə yenidən baxılması qərarını çox təhlükəli adlandırıb.

Sionist media cümə günü bildirib ki, sionist rejim Knessetinin (parlament) Qanunvericilik Komitəsi 12 yaşlı fələstinli uşaqların həbsi ilə bağlı “Utzma Yehudith” (Yəhudi Gücü) partiyasından “Yitzhak Kruzer”in təklif etdiyi qanun layihəsini araşdıracaq.

Kruzerin təklif etdiyi bu qanun layihəsi 13 yaşlı “Mahmud Əlivat”ın Əl-Əqsa məscidinin cənubunda yerləşən Selvan qəsəbəsindəki Vadi Həlva küçəsində sionist zabit və atasının yaralandığı anti-sionist əməliyyatından sonra təqdim edilib. Br sionist mühacir də ona tərəf atəş açaraq onu yaralayıb.

HƏMAS bəyanatında işğalçı rejimin irqçilik və vəhşiliyinin mahiyyətinə toxunaraq, beynəlxalq ictimaiyyətin bu rejimi pisləmək və uşaqlara və Fələstin xalqına qarşı davamlı cinayətlər törətdiyinə görə cəzalandırmaq üçün ciddi mövqe nümayiş etdirməsinin vacibliyi vurğulanıb.

Fələstinin “Səma” saytının məlumatına görə, HƏMAS-ın bəyanatında həmçinin qeyd olunur ki, sionist rejimi fələstinli uşaqlara qarşı davamlı cinayətlər törədir və bu cür qanunların tətbiqi uşaq hüquqlarının açıq şəkildə pozulmasıdır.

Hazırda sionist rejim yaşı 14-dən yuxarı olan yeniyetmələrin həbs edilməsini qanuniləşdirib, lakin bu qanun layihəsində Kruzer fələstinli uşaqların həbs edilməsi üçün qanuni yaş həddinin 12 ilə endirilməsinə qərar verib və bu yolla, əgər bu uşaqlar anti-sionist əməliyyatlar keçirsələr, onlar “İslah Mərkəzi”nə köçürülmək əvəzinə? həbsxanaya göndəriləcəklər.

HƏMAS, həmçinin vurğulayıb ki, sionistlərin məqsədi bu qeyri-insani və qeyri-əxlaqi hərəkətlərlə Fələstin xalqına və onun müqavimətinə təzyiq etməkdir, lakin Fələstin xalqı azadlıq uğrunda və müqəddəs yerlərin qorunmasında müqavimət yolunu davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − seventeen =