Moskva onlarla dialoq aparmağa hazırdır – Putin AÇIQLADI

Moskva onlarla dialoq aparmağa hazırdır – Putin AÇIQLADI

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Afrika ölkələrinin nümayəndələri ilə görüşərkən deyib.

“Rusiya Afrika dövlətlərinin Ukraynadakı münaqişəyə balanslı yanaşmasını alqışlayır. Moskva mövcud vəziyyətlə bağlı Afrika ölkələrinin mövqeyini yüksək qiymətləndirir”, – dövlət başçısı Afrika ölkələrinin Ukrayna böhranının sülh yolu ilə həlli təşəbbüsünü şərh edərkən bildirib.

İyunun 17-də Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqdakı Konstantinovski sarayında Afrika ölkələrindən gələn nümayəndə heyəti ilə danışıqlar apardığı bildirilir . Danışıqların yekunlarından sonra xarici işlər naziri Sergey Lavrov onların gedişi barədə danışacaq.

Bundan əvvəl məlum olub ki, bir sıra Afrika ölkələrinin liderləri Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına dair Putinlə danışıqlar aparmaq üçün Sankt-Peterburqdakı Konstantinovski sarayına gəliblər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 5 =