Fransada aksiya zamanı 12 jandarm yaralanıb

Fransada aksiya zamanı 12 jandarm yaralanıb

Fransada Lion-Turin sürətli dəmir yolunun tikintisinə qarşı etirazçılarla toqquşma zamanı hüquq-mühafizə orqanlarının 12 əməkdaşı yaralanıb.

APA xəbər verir ki, bu barədə şənbə günü Fransanın daxili işlər naziri Cerald Darmanen bildirib.

“Bu gün asayişi qorumaq üçün səfərbər olan 2000 polis və jandarmaya təşəkkür edirəm. Yaralanan 12 jandarmaya dəstəyimi ifadə edirəm” deyə o “Twitter“də yazıb.

Onun sözlərinə görə, Fransa polisi nümayişə qatılmaq istəyən 96 əcnəbini İtaliyaya geri göndərib. Onun sözlərinə görə, nümayişdən əvvəl yoxlamalar zamanı 400-dən çox təhlükəli obyekt aşkarlanıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 8 =