Naxçıvanda 17 yaşlı qız öldürülüb

Naxçıvanda 17 yaşlı qız öldürülüb

İyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan APA-ya verilən xəbərə görə, hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 11 =