BRİKS böyüyür: Bu ölkə də ərizə verdi

BRİKS böyüyür: Bu ölkə də ərizə verdi

Banqladeş BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qoşulmaq üçün rəsmi müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

Materialda qeyd edilir ki, ölkə, Banqladeşin baş naziri Şeyx Hasina ilə Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa arasında keçən həftə Cenevrədə keçirilən görüşdən sonra müvafiq sorğu göndərib. Məlumata görə, bu məsələni baş nazir Hasina ilə müzakirə edərkən CAR rəhbəri də dəstəkləyib.

Əvvəllər Finlandiya hakimiyyəti Rusiyanın inkişaf etməkdə olan ölkələrlə yaxınlaşmasından ehtiyat edirdi. Finlandiya prezidenti Sauli Niiniste qeyd edib ki, BRİKS qrupu bir növ Qərbə qarşı müxalifət kimi görünür və Moskvanın tərəfdaşları üçün getdikcə daha cəlbedici hala çevrilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + three =