ABŞ Çinlə elmi razılaşmanı pozdu

ABŞ Çinlə elmi razılaşmanı pozdu

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məsələnin müzakirəsi ilə tanış olan mənbələrə istinadla məlumat yayıb.

Müqavilə 1979-cu ildə imzalanıb. Hazırda ABŞ hökumətində ÇXR ilə elmi əməkdaşlıq haqqında sazişin sonrakı taleyi müzakirə olunur. Mümkün variantlara şərtlərin dəyişdirilməsi və ya fasilə daxildir.

Agentliyin məlumatına görə, sənədin müddətinin uzadılmasının tərəfdarları hesab edirlər ki, o, pozularsa, akademik və kommersiya əməkdaşlığı da dayandırılacaq. Öz növbəsində ABŞ və Çin Kommunist Partiyası arasında strateji rəqabət üzrə xüsusi komitənin rəhbəri, respublikaçı senator Mike Qallagher bildirib ki, müqavilənin uzadılması ABŞ-ın tədqiqat və əqli mülkiyyətini təhlükə altına salacaq.

Bundan əvvəl ABŞ-ın Çinlə kommunikasiya kanalları, o cümlədən ordu vasitəsilə əməkdaşlığı genişləndirmək istədiyi bildirilirdi.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ və Çin arasında kommunikasiya kanallarının müxtəlif səviyyələrdə açıq qalmalı olduğunu vurğulayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 5 =