Əl-Husi: Sionist lobbisi və Qərb bəşəriyyəti məhv etməyə çalışır

Əl-Husi: Sionist lobbisi və Qərb bəşəriyyəti məhv etməyə çalışır

Ənsarullah hərəkatının lideri vurğulayıb ki, yəhudi və sionist lobbi insani dəyərləri, insan fitrətini və onun əxlaqını hədəfə alıb və Qərblə birlikdə bütün imkanlarından bəşəriyyətin məhvi üçün istifadə edib.

Əl-Məsirə xəbər kanalı Ənsarullah liderinə istinadən xəbər verib ki, yəhudi və sionist lobbi insani dəyərləri, indan fitrəti və ümumən əxlaqı hədəfə alıb və “imansız Qərb”lə birlikdə bəşəriyyətin mənəvi ruhunu aradan aparmaq üçün bütün imkanlarından istifadə edib.

O, sionist lobbisinin və Qərbin məqsədinin xalqlar üzərində nəzarəti asanlaşdırmaq və onları əsarət altına almaq olduğunu bildirərək, aydınlaşdırıb: Amerika fitnə və alçaqlığın bayraqdarıdır və onu çox həyasızcasına təbliğ edir.

ABŞ Prezidenti Co Baydenin homoseksuallığın təbliğatçısı olduğuna işarə edən Ənsarullah lideri Baydenin homoseksuallığı təbliğ etməyə çalışdığını, onu siyasi və hüquqi cəhətdən dəstəklədiyini və bunu başqa ölkələrə sırımaq niyyətində olduğunu vurğulayıb.

Sonda Əl-Husi diqqətə çatdırıb ki, əxlaqi pozğunluqların yayılması, dəyərlərin və əxlaqın məhv edilməsi insanların iman fitrətini onlardan almaq və onları Allahın təlimlərindən uzaqlaşdırmaq üçün onlara edilən ən pis hücumdur.

Ənsarullah hərəkatının rəhbəri əvvəllər dəfələrlə sionizm və Amerika və Qərb ölkələrinin təhlükəsi barədə xəbərdarlıq edib və sionist düşmənə qarşı cihadın davam etdirilməli olduğunu vurğulayıb. O, sionistləri Fələstin torpağından çıxarmaq cəhdinin cihad olduğunu vurğulayaraq, belə aydınlaşdırıb: Onlarla düşmənçilik və əlaqələri kəsmək dini və insani bir vəzifədir. Yəmən milləti də dini kimliyinə görə öz mövqelərinə sadiqdir və bütün sahələrdə hazırdır.

Əl-Husi Yəmən xalqının Fələstin xalqını dəstəkləmək mövqeyindən geri çəkilmədiyini bildirib və əlavə edib: Xalqımız cihadda dini borcunu yerinə yetirməyə və [sionist rejimlə] həlledici müharibədə müsəlman azadlıq döyüşçüləri ilə birlikdə iştirak etməyə hazırdır.

O, sionist düşmənə və Amerika hegemonluğuna qarşı cihadı Quran təlimlərinin məhək daşı hesab edib və deyib: Sionizmlə cihad İslam xalqının yüksəlişi və Quran nəzəriyyəsi əsasında reallığın dəyişməsində mühüm amildir. Bu millətin şüurunu artıran dünyagörüşüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − four =