Onlarla suriyalı sionist əsgərlər tərəfindən yaralanıb

Onlarla suriyalı sionist əsgərlər tərəfindən yaralanıb

Xəbər mənbələri işğal altındakı Colanda suriyalılarla sionist əsgərlər arasında toqquşma və çoxlu sayda Colan sakininin yaralanması barədə məlumat yayıb.

Mehr xəbər agentliyinin SANA-ya istinadən verdiyi xəbərə görə, xəbər mənbələri Əl-Həfair bölgəsində sionist qüvvələrin işğalı altında olan Colan şəhərinin onlarla sakininin yaralandığını bildirib.

Bu mənbələr yaralılardan bəzilərinin vəziyyətinin kritik olduğunu açıqlayıb.

Adı çəkilən mənbələr sionist hərbçilər tərəfindən işğal olunmuş Colandan olan 10 gəncin həbs edilməsi və yaralıların vəziyyəti ilə bağlı təcili yardım maşınlarının gəlməsinə mane olması barədə məlumat veriblər.

Qeyd edək ki, külək turbinlərinin qurulması planı sionist rejimin üç mərhələdə altı min hektar Suriyanın Colan ərazisini işğal etməyi hədəfləyən ən təhlükəli müstəmləkə planlarından biridir.

 Sionist rejim bu planın həyata keçirilməsinin birinci mərhələsində Uyunəl-Hicl, Əl-Mənsurə və Əs-Sələciyyat torpaqlarını ələ keçirərək, orada hündürlüyü 120 metr olan 42 külək turbini quraşdırıb, ikinci mərhələdə isə , Məcdəl-Şəms, Məsədə, Əyn Qiyniyyə kəndlərinin torpaqları və üçüncü mərhələdə isə Bəkatə və Tel Əl-Faris rayonunun kəndləri sionistlərin hədəfinə çevrilib.

1967-ci ilin altı günlük müharibəsində sionist rejim Suriyanın Colan bölgəsinin bir çox hissəsini işğal edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =