Sionist rejimin pilotsuz təyyarəsinin hücumunda 3 fələstinli şəhid olub

Sionist rejimin pilotsuz təyyarəsinin hücumunda 3 fələstinli şəhid olub

Sionist rejimin pilotsuz təyyarələri İordan çayının qərb sahilinin şimalında bir fələstinli avtomobili hədəfə alıb.

Fələstin müqavimət qüvvələri “Cenin” (İordan çayının qərb sahilinin şimalı) şəhərində sionist rejim qüvvələri ilə toqquşub.

Fələstin mənbələrinin xəbərinə görə, İsrail ordusu Cenin şəhərinin “Xərubə” bölgəsində bir avtomobili hədəfə alıb. “Şahab” xəbər saytı yerli mənbələrə istinadən xəbər verir ki, bu hücumda İsrail pilotsuz təyyarəsi mülki avtomobili hədəf alıb.

Sionist “Yediot Aharanot” qəzeti iddia edib ki, bu rejimin orduya məxsus pilotsuz təyyarəlsi İordan çayının qərb sahilinin şimalında sionist rejimin nəzarət-buraxılış məntəqələrindən birində sərnişinləri atəş açmış avtomobili hədəf alıb.

İsrail ordusu və Şabak (İsrail kəşfiyyat və daxili təhlükəsizlik təşkilatı) birgə bəyanatda bu hücumda bir qrup müqavimət qüvvəsinin şəhid olduğunu iddia edib.

Şahab xəbər saytı yerli mənbələrə istinadən yazıb ki, sionist qüvvələr təcili yardım maşınlarının hücum yerinə daxil olmasına və yardım göstərməsinə icazə verməyib.

Bir neçə dəqiqə sonra Fələstin mənbələri hücum yerində müqavimət qüvvələri ilə sionist ordusunun bir-biri ilə toqquşduğunu bildirdilər.

“Əl-Məyadin” kanalı Fələstindəki müxbirinə istinadən bildirir ki, ilkin məlumatlar sionist rejimin pilotsuz təyyarələrinin hücumu nəticəsində bir sıra müqavimət qüvvəsinin şəhid olmasından xəbər verir.

Fələstin Mülki Müdafiəsi verdiyi açıqlamada bu əməliyyatda 3 fələstinlinin şəhid olduğunu açıqlayıb və bu avtomobildə 3 fələstinlinin cəsədinin şəxsiyyətinin müəyyən edildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − nine =