Sionistlər İordan çayının qərb sahilində fələstinlilərin mülklərini yandırıblar

Sionistlər İordan çayının qərb sahilində fələstinlilərin mülklərini yandırıblar

Sionist rejimin mühacirlər və əsgərləri bu gün (çərşənbə günü) günorta saatlarında İordan çayının qərb sahilində fələstinlilərin mülklərini yandırıb və bir fələstinlini qətlə yetiriblər.

Fələstin Səhiyyə Nazirliyi bu gün (çərşənbə günü) verdiyi açıqlamada bir fələstinlinin Tərmasiya bölgəsində (İordan çayının qərb sahilinin mərkəzi) sionist güllələri ilə öldürüldüyünü açıqlayıb.

Sionist hərbçilərin təhlükəsizlik tədbirləri ilə yüzlərlə sionist mühacir bu gün günorta saatlarında Tərmasiya bölgəsinə hücum edərək fələstinlilərin ev və avtomobillərini yandırıblar.

Fələstin Səhiyyə Nazirliyi bu fələstinli şəhidin sinəsinə güllə dəydiyini və Tərmasiya bölgəsinin tibb mərkəzinə çatmamış şəhid olduğunu açıqlayıb.

Fələstin mətbuatının məlumatına görə, bu fələstinli şəhid 27 yaşlı Ömər Qutəyyin idi.

“Ərəb 48” xəbər saytı Qutəyyinin sionist əsgərlər tərəfindən güllələndiyini bildirib.

Fələstin Səhiyyə Nazirliyi də bir neçə saat əvvəl İsrail əsgərləri tərəfindən 3 fələstinlinin yaralandığını açıqlamışdı.

“Ərəb 48”-in xəbərinə görə, Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin baş katibi Hüseyn Əş-Şeyx mühacirlərin fələstinlilərə qarşı bugünkü hücumuna cavab olaraq, sionist rejimin Nazirlər Kabinetini bu hərəkətə görə məsuliyyət daşıdığını bildirib və Fələstin vətəndaşlarının əmlakını qorumaq və sionist mühacirlərə qarşı mübarizə üçün xalq komitələrinin yaradılmasını tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 8 =