Yaponiyada güclü zəlzələ olub
Yaponiyanın cənubundakı Okinava adasının sahillərində 5,2 maqnitudada zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.
Zəlzələlərin episentri təxminən 40 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.
Report.az