Ağ “Prado”dan düşdü, hər yeri yandırıb, qaçdı – Şahidlər danışdı-Video
Binəqədi rayonu, Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantıları alışıb. Nəticədə yanğının əhatəsi genişlənib. Dərhal əraziyə Fövqaladə Hallar Naziriliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılıb. Yanğın nəticəsində ətrafda olan 60 CC 636 dövlət nömrə nişanlı ağırtonajlı yük avtomobilinə ciddi ziyan dəyib. Avtomobilin sürücüsü deyir ki, maşını 20 gündür ki, alıbmış. Şahidlərinin sözlərinə görə, hadisəni ağ “Prado” markalı avtomobilin sürücüsü törədərək ərazidən uzaqlaşıb. Qeyd edək ki, təkər tullantılarının alışdığı ərazinin yaxınlığında avtomobil təmiri sexi fəaliyyət göstərir.
Apa.az