KİV: Hindistan ABŞ-dan aldığı PUA-lardan Çinlə sərhəddə istifadə edəcək

KİV: Hindistan ABŞ-dan aldığı PUA-lardan Çinlə sərhəddə istifadə edəcək

Hindistan hökuməti ABŞ-dan aldığı pilotsuz uçuş aparatlarından (PUA) Çinlə sərhəddə istifadə etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin yazdığına əsasən, PUA-lar sərhədyanı ərazidə Çin ordusunun şəxsi heyətinin və texnikasının yerdəyişməsi, artilleriya mövqeləri və yeni sərhəd infrastrukturu haqqında məlumat toplayır.

Həmçinin bildirilib ki, Hindistan ordusunun arsenalında yerli və İsrail istehsalı olan çoxsaylı zərbə dronları da var ki, onların böyük hissəsi müasir sensorlar və kameralarla təchiz olunub. Onlar Çin Silahlı Qüvvələrinin sərhəd bölgələrindəki fəaliyyətini izləmək üçün peyk görüntülərindən istifadə edir.

Xatırladaq ki, 2020-ci ilin may-iyun aylarında Hindistan və Çin sərhədində yerləşən Ladax dağlıq bölgəsində iki ölkənin hərbi qulluqçuları arasında hər iki tərəfdən itkilərə səbəb olan toqquşma baş verib.

Yeni Dehli və Pekin toqquşma baş verən əraziyə ağır artilleriya, tanklar və təyyarələr cəlb edib.

Hərbi və diplomatik səviyyədə bir sıra danışıqlardan sonra tərəflər təmas xəttindən qoşunların tədricən uzaqlaşdırılmasına başlayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + eighteen =