Yeni formatda keçiriləcək ilk dünya çempionatının ev sahibi açıqlandı

2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının ev sahibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, turnir ABŞ-də təşkil olunacaq.
Bu barədə FIFA Şurasının videokonfrans formatında keçirdiyi iclasında qərar qəbul edilib.
Qeyd edək ki, 2025-ci ildə klublararası dünya çempionatı yeni formatda keçiriləcək. İlk dəfə yarışda 32 komanda çıxış edəcək.
Xatırladaq ki, ABŞ 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının da ev sahiblərindən biridir. Şimali Amerika ölkəsi Kanada və Meksika ilə birgə mundialı qəbul edəcək.
Oxu.az