“Saudi Aramco” və “TotalEnergies” arasında neft-kimya kompleksi üzrə müqavilələr imzalanıb
“Saudi Aramco” və Fransanın “TotalEnergies” şirkəti Səudiyyə Ərəbistanında neft-kimya kompleksinin tikintisi üzrə 11 mlrd. ABŞ dollarlıq müqavilə imzalayıb.
“APA-Economics”in verdiyi məlumata görə, bu barədə “Saudi Aramco” məlumat yayıb.
Məlumata görə, şirkətlər 2022-ci ilin dekabrında kompleksin tikintisi ilə bağlı razılığa gəliblər.
“Bu gün (şənbə – red.) “Aramco” və “TotalEnergies” şirkətləri “Amiral” kompleksinin mühəndislik, satınalma və tikintisi üzrə 11 milyard dollarlıq müqavilə imzalayıblar”, – məlumatda deyilir.
Açıqlamaya görə, bu neft-kimya kompleksi Səudiyyə Ərəbistanının Cubail şəhərindəki “Satorp” neft emalı zavodunun ərazisində tikiləcək.
Qeyd edək ki, “TotalEnergies” Azərbaycadan neft-qaz sektorunda təmsil olunan xarici şirkətlərdən biridir.
Apa.az