HƏMAS: İordan çayının qərb sahilindəki müqavimət düşmənə güclü mesaj verdi

HƏMAS: İordan çayının qərb sahilindəki müqavimət düşmənə güclü mesaj verdi

HƏMAS hərəkatının liderlərindən biri Qərb Sahilində müqavimət əməliyyatlarının artmasının işğalçı rejimə güclü mesaj olduğunu vurğulayıb.

  HƏMAS hərəkatının liderlərindən olan Hüseyn Əbu Kəvik İordan çayının qərb sahilindəki müqavimətin düşmənə güclü mesaj verdiyinə işarə edərək, işğalçılara qarşı müqavimət və mübarizənin davam etdiriləcəyini vurğulayıb.

Son bir neçə gündə İordan çayının qərb sahili sionist hərbçilərlə fələstinli döyüşçülər arasında münaqişənin şahidi olub. Fələstin mediası bir müddət əvvəl Nablus vilayətində yerləşən Əskər düşərgəsində işğalçı qüvvələrlə toqquşmada yaralanan Tariq İdrisin şəhid olması xəbərini yayıb.

Bundan əvvəl İshaq Əl-Əcluni Qələndiyyə hərbi keçidində sionist əsgərlərə atəş açaraq bir sionist əsgəri yaraladıqdan sonra şəhid olub.

Əbu Kəvik bildirib ki, Fələstin xalqı torpaqları azad olunana qədər özünü, torpağını və müqəddəs məkanlarını müdafiə edəcək.

O deyib: İşğalçı rejimin bütün zülm və terror üsulları heç vaxt Fələstin xalqını təslim olmağa məcbur etməyəcək.

 “Şahab News” saytının xəbərinə görə, HƏMAS hərəkatının bu lideri həmçinin bildirib ki, İordan çayının qərb sahilindəki müqavimət əməliyyatı işğalçıların planları istiqamətində fəaliyyət göstərən Fələstin Muxtariyyət Təşkilatına da mesaj ehtiva edir. Bu əməliyyatlar Fələstin millətinin müqavimət yolunu davam etdirməkdə israrlı olduğunu göstərir.

O, işğalçılara qarşı mübarizədə milli birliyi vurğulayaraq bildirib ki, Fələstin Muxtariyyət Təşkilatının təhlükəsizlik qurumları da öz yanaşmalarına yenidən baxmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 10 =