Almaniya Bundesliqasında mövsümün ən yaxşı oyunçusu məlum oldu

Almaniya Bundesliqasında mövsümün ən yaxşı oyunçusu məlum oldu

Almaniya Bundesliqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

“Kicker” nəşrinin oyunçular arasında keçirdiyi səsvermənin yekununda “Ayntraxt”ın hücumçusu Randal Kolo Muani 24,2 faiz səslə birinci olub.

Dortmund “Borussiya”sından İspaniyanın “Real Madrid” klubuna keçən Cud Bellingem (17,5 faiz) ikinci, “Verder”dən Niklas Füllkruq (11,9 faiz) üçüncü pillədə qərarlaşıb.

“Union”dan (Berlin) Urs Fişer (21,8 faiz) isə ən yaxşı baş məşqçi adına layiq görülüb.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − eleven =