Dünyanın ən zərərli qidası bəlli oldu: Hər kəsin evində var

Dünyanın ən zərərli qidası bəlli oldu: Hər kəsin evində var

Publika.az xəbər verir ki, ət və toyuq bulyonları bu siyahıya daxildir. Bulyonlar yeməklərin dadını və qida dəyərini artırır.

Bir çox insan ət və toyuq bulyonunun hazırlanmasının çətin olduğunu düşünür. Bu səbəblə hazır bulyonlardan istifadəyə üstünlük verirlər.

Zərələri çoxdur

Bulyonların tərkibində “Mono natrium glutamate” (MSG) adlı zərərli maddə var. “Çin duzu” adlanan bu maddə mütəxəssislər tərəfindən təhlükəli hesab edilir. Bir çox xəstəliklər yaradaraq orqanizmi məhv edən həmin bu məhsulun zərəri çoxdur.

Bulyonlar beyin xəstəliklərinə səbəb olur

Bulyonlarda olan və yeməklərə ət ləzzəti vermək üçün istifadə edilən MSG insanın mərkəzi sinir sistemini zədələyir. Alzheimer, parkinson, epilepsiya və huntington kimi xəstəliklərinə səbəb olur.

Bulyonlar eyni zamanda mədəaltı vəzinin zədələnməsi, gözün tor qişasında böyümə, piylənmə, böyrək və qaraciyər xəstəliklərinə, insulin artımı kimi sağlamlıq problemlərinə səbəb olur.

Xüsusilə hamiləlik dövründə bu məhsulların istifadəsi mütəxəssislər tərəfindən çox əlverişsiz hesab edilir. Bu dövrdə tərkibində MSG olan qidaların istehlakının ən böyük zərəri onun cifti zədələməsi və birbaşa körpəyə ziyan verməsidir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 5 =