Burkino-Fasoda silahlı qruplaşma kəndə hücum edib, 34 nəfər ölüb

Burkino-Fasoda silahlı qruplaşma kəndə hücum edib, 34 nəfər ölüb

Burkino-Fasonun şimalındakı mərkəzi rayonlardan birinə silahlıların hücumu nəticəsində 31 hərbçi, 3 qruplaşma üzvü ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı yerli KİV yayıb.

Bildirilib ki, hadisə Navaka kəndində baş verib. Ötən ayın sonunda Burkino-Faso hakimiyyəti terrorçu qruplaşmalara qarşı mübarizə məqsədi ilə ümumi ictimai səfərbərlik elan edib.

Qeyd edilib ki, iki həftə öncə hakimiyyətin hərbi qüvvələri Burkino-Fasonun şimal-şərqində keçirdiyi hərbi əməliyyat nəticəsində 22 terrorçu zərərsizləşdirib.

Məlumata görə, 2015-ci ildən ölkə terrorçulara qarşı mübarizəyə qoşulub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 16 =