Afrika liderləri yenidən Rusiya və Ukrayna başçıları ilə görüşmək istəyirlər
Afrika liderlərindən ibarət nümayəndə heyəti Rusiya və Ukrayna prezidentləri ilə növbəti görüş keçirmək istəyirlər.
APA xəbər verir ki, bu sözləri Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor almaniyalı həmkarı Annalena Berbokla görüşü zamanı deyib.
Diplomatın sözlərinə görə, danışıqların mövzusu ötən dəfə olduğu kimi, Ukraynadakı münaqişənin sonlandırılması olacaq.
“Bütün maraqlı tərəflər suverenlik və dürüstlük prinsiplərinə hörmət etməlidir”, – Pandor bildirib.
Xatırladaq ki, iyunun 17-də Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Ukrayna münaqişəsinin həlli planını təklif edən Afrikadan olan nümayəndə heyəti ilə danışıqlar aparıb. Görüş qapalı formatda keçirilib və üç saatdan çox davam edib.
Apa.az