Parisdə polis zorakılığına qarşı iğtişaşlar – 80 nəfər tutuldu

Parisdə polis zorakılığına qarşı iğtişaşlar – 80 nəfər tutuldu

Publika.az “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, Parisdə bu gecə baş verən iğtişaşlar zamanı 80 nəfər saxlanılıb.

İğtişaşçılar Pablo Pikassonun muzeyinə, Sena çayının cənub sahilində yerləşən polis bölməsinə və iş yerlərinə soxulmağa cəhd ediblər. Etiraz aksiyaları paytaxtla yanaşı bir neçə böyük şəhərdə də keçirilib. Aksiya iştirakçıları maşınları yandırıb, obyektlərə zərər vurub.

Qeyd edək ki, 17 yaşlı gənc avtomobil sürərkən polisin “dayan” əmrinə tabe olmayıb və bu zaman polis ona atəş açıb. Sinəsindən yaralanan gənc xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. Yeniyetməni güllələməkdə təqsirləndirilən polis məmuru saxlanılıb.

7 yaşlı gənc il ərzində Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Ötən il 13 nəfər eyni səbəbdən dünyasını dəyişib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =