Sionistlər Cenin düşərgəsində raketlərin hazırlanması ehtimalından qorxurlar
Sionist rejimin hərbi və təhlükəsizlik məsələləri üzrə təhlilçisi deyib: İslami Cihad hərəkatı Qəzza zolağından nümunə götürməyə və Cenin bölgəsində raket istehsalı üçün sexlər yaratmağa çalışır.
Sionistlər Cenin düşərgəsində raketlərin hazırlanması ehtimalından qorxurlar.
Sionist mənbələr bu həftənin bazar ertəsi günü İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərindən sionist yaşayış məntəqələrinə doğru 2 raket atılmasının İsrail rəsmiləri və mühacirləri qorxuya saldığını bildiriblər.
Sionist rejimin hərbi və təhlükəsizlik üzrə təhlilçisi Yoni Bin Menahim bu hücumlara cavab olaraq deyib: İslami Cihad hərəkatı Qəzzə zolağından nümunə götürməyə və sionistləri hədəfə almaq məqsədi ilə Cenin bölgəsində raket istehsalı üçün sexlər yaratmağa çalışır.
Ben Menahem iddia edib ki, İslami Cihadın məqsədi sionist rejimin şəhərlərini raketlərlə hədəfə almaqdır, buna görə də Amerikanın təzyiqlərinə baxmayaraq, orduya və Şabaka siyasi səviyyədə imkan verilməlidir ki, Cenindəki silahlı infrastrukturu tezliklə məhv etsinlər.
İşğalçı Qüds rejiminin təhlükəsizlik xidmətləri bir müddət əvvəl bu rejimin baş naziri Benyamin Netanyahuya Cenin raket hücumlarına cavab olaraq Qərb Sahilinin şimalında “məhdud hərbi əməliyyatlar” həyata keçirməyi təklif edib.
Sionist “Yediot Aharonot” qəzeti də bu əməliyyat baş verəcəyi zaman 25 sionist hərbi batalyonunun yerləşdiriləcəyini bildirib. Mümkün sionist əməliyyatı 48 saat ərzində Cenin düşərgəsinə kütləvi hücumu əhatə edəcək.
Sionist Kahn kanalı həmçinin bildirib ki, Cenindən atılan raketdən sonra İsrail təhlükəsizlik qurumları İordan çayının qərb sahilinin şimalında hərbi tədbirlərin genişləndirilməsini nəzərdən keçirir. Sionist əsgərlər bir müddət öncə axtarışda olan bəzi müqavimət qüvvələrini həbs etmək bəhanəsi ilə Ceninə hücum etmişdilər.
Sionistlər bu hücumda müqavimət qüvvələrinin qəfil pusqusu ilə üzləşib və nəticədə 7 sionist əsgər yaralanıbı. Bu rejimin məmurları da bu münaqişədə biabırçı məğlubiyyətlərini etiraf ediblər.