Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsi 418 milyon 375 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Çexiya ixracın həcmi 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 2.4 dəfə artaraq 382 milyon 194 min dollara bərabər olub.

Qeyd edək ki, cari ilin ilk 5 ayında Çexiyadan Azərbaycana idxalın həcmi 91% artaraq 36 milyon 180 min dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycandan Çexiyaya əsasən xam neft məhsulu ixrac edilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =