İslam Əməkdaşlıq Təşkilatının Qurani-Kərimin təhqir olunması ilə bağlı növbədənkənar iclası

İslam Əməkdaşlıq Təşkilatının Qurani-Kərimin təhqir olunması ilə bağlı növbədənkənar iclası

İslam Əməkdaşlıq Təşkilatının katibi İsveçdə Qurani-Kərimin təhqir olunmasından sonra bu təşkilatın Ciddədə növbədənkənar iclasının keçiriləcəyini açıqlayıb.

İslam Əməkdaşlıq Təşkilatının katibi İsveçdə Qurani-Kərimin təhqir olunmasını araşdırmaq məqsədi ilə gələn həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində bu təşkilatın fövqəladə iclasının keçiriləcəyini açıqlayıb.

Çərşənbə günü (28 iyun) axşam saatlarında Stokholmda “Salvan Momika” adlı İraq əsilli isveçli (37 yaş) Qurban bayramının ilk günü bu şəhərin mərkəzi məscidlərindən birinin qarşısında Qurani-Kərimi cıraraq yandırıb.

 “Rəy Əl-Yəvm” qəzetinin məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı da bu görüşün Səudiyyə Ərəbistanının bu təşkilatın dövri sədri kimi dəvəti ilə keçiriləcəyini açıqlayıb.

Bununla əlaqədar olaraq İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əs-Səhaf bildirib ki, bu ölkə İsveç rəsmilərindən Qurani-Kərimi təhqir edən İraq vətəndaşının təhvil verilməsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 12 =