Ötən ay 5-i uşaq olmaqla 24 fələstinli şəhid olub

Ötən ay 5-i uşaq olmaqla 24 fələstinli şəhid olub

Fələstin hüquq mərkəzlərinin şənbə günü dərc olunan hesabatları göstərir ki, ötən iyun ayında 5-i fələstinli uşaq və yeniyetmə olmaqla 24 fələstinli sionist işğalçı qüvvələrin hücumları nəticəsində şəhid olub.

İRNA-nın Fələstin mediasından verdiyi məlumata görə, bu şəxslərdən 10-u Cenin vilayətində, 7-si Nablusda, 3-ü Ramallah və Biredə, biri Qüdsdə, biri Tubasda, biri Beyi-Ləhmdə və bir nəfər də Qəzza zolağında şəhid olub.

Fələstinli şəhidlərin sayı bu ilin əvvəlindən 186-ya yüksəlib.

Bunlardan 36 nəfər yanvarda, 31 nəfər fevralda, 27 nəfər martda, 12 nəfər apreldə, 56 nəfər may ayında, 24 nəfər isə iyunda şəhid olub.

Sionist düşmən 18 ildən sonra misli görünməmiş bir hərəkətlə Cenini pilotsuz təyyarənin hücumunun hədəfinə çevirib və bu zaman 3 fələstinli müqavimət döyüşçüsü şəhid olub.

Sionist ordunun sözçüsü pilotsuz təyyarə ilə Cenində həyata keçirilən bu sui-qəsd əməliyyatı barədə məlumat verib.

Fələstinlilərin mülki avtomobilinə pilotsuz təyyarənin hücumu nəticəsində 3 gənc həlak olub.

Sionist rejimin 12-ci kanalı da etiraf edib ki, bu, 2005-ci ildən bəri İordan çayının qərb sahilində hava yolu ilə həyata keçirilən ilk terrordur.

Sionist mənbələr Cenində fələstinli döyüşçülərin öldürülməsinin Hörmüz 450 pilotsuz təyyarəsi ilə həyata keçirildiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + two =