Qərb sahilində sionist mühacirlərin fələstinlilərə hücumları davam edir

Qərb sahilində sionist mühacirlərin fələstinlilərə hücumları davam edir

Sionist mühacirlər İordan çayının qərb sahilində yaşayan fələstinlilərə qarşı hücumlarının davamında sionist ordunun dəstəyi ilə Kəfr əl-Dik bölgəsinə hücum ediblər.

Mehr xəbər agentliyinin Fələstin İlyumuna istinadla verdiyi məlumata görə, sionist ordunun dəstəyi ilə sionist mühacirlər işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Kəfr Əd-Dik qəsəbəsində fələstinli əkinçilərə silahlı hücum edərək onları döyüblər.

Sionist köçkünlərin hücumundan sonra sionist ordunun əsgərləri də bu əraziyə hücum edib və fələstinliləri döyüb və bir Fələstin vətəndaşını həbs ediblər.

Həmçinin, sionist mühacirlər Ramullahın şimal-şərqində Əl-Muğir torpaqlarında yerləşən Əl-Qobun bölgəsində böyük bir çadır quraraq orada 100-dən çox inək yerləşdirmiş və bu ərazini işğal etmişlər.

Digər bir hadisədə isə sionist rejimin işğalçı ordusunun əsgərləri Məscidül-Əqsa bölgəsində mövcud olan fələstinli gənclərə hücum edərək, onlardan bir neçəsini həbs ediblər.

Sionist rejimin Qüdsün köhnə hissəsində çoxlu sayda əsgər yerləşdirməsi ilə eyni vaxtda sionistlər Məscidül-Əqsanın Əl-Əsbat girişini bağlamaqla fələstinlilərin bu girişdən Məscidül-Əqsaya daxil olmasına mane olublar.

Sionistlərin bu hərəkətinə cavab olaraq Qüds sakinləri onlarla qarşı çıxmış və Babəl-Əsbatda toplaşaraq bu məkanda günorta namazı qılmışlar.

Digər bir xəbər isə budur ki, müqavimət döyüşçüləri Nablus şəhərinin Cəbəl Cərzim bölgəsində müqavimət əməliyyatı həyata keçirərək, sionist rejimin bu bölgədəki keçid məntəqəsini atəşə tutublar.

Sionist rejim əsgərləri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin şimalında yerləşən Nablusda bir neçə bölgəyə basqın edib və fələstinli gəncləri təqib etdikdən sonra onlara səs güllələri və gözyaşardıcı qaz atıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 5 =