Sionist düşmənin təcavüzünə cavab vermək üçün bütün variantlar masa üzərindədir

Sionist düşmənin təcavüzünə cavab vermək üçün bütün variantlar masa üzərindədir

Fələstin İslami Cihad hərəkatı sionist düşmənin Ceninə təcavüzünə toxunaraq, bu təcavüzə cavab vermək üçün bütün variantların masa üzərində olduğunu elan edib.

Mehr xəbər agentliyinin verdiyi xəbərə görə, Fələstin İslami Cihad hərəkatı sionist rejimin Ceninə hücumuna cavab olaraq elan edib ki, Cenin heç vaxt təslim olmayacaq və Fələstin müqavimət qüvvələri nəyin bahasına olursa olsun, sionist düşmənlə vuruşmaqda qərarlıdırlar.

Fələstin İslami Cihad hərəkatının yaydığı bəyanatda deyilir: Sionist düşmənin Ceninə qarşı təcavüzünə cavab vermək üçün bütün variantlar masa üzərindədir.

Bu bəyanatın davamında deyilir: Sionist düşmən heç vaxt Ceninə hücum etməklə öz məqsədlərinə çata bilməyəcək. Cənin sabitlik və müqavimət simvolu olaraq qalacaq. Sionistlər bu hücumun nəticələrinə görə tam məsuliyyət daşıyırlar. Fələstin müqavimət qüvvələri sionist düşmənə qarşı vuruşacaq və Fələstin millətini müdafiə edəcək.

Fələstin İslami Cihad Hərəkatının siyasi ofisinin üzvü Nafiz Əzzam da Cənin şəhəri və düşərgəsinin sionist düşmənə qarşı birləşərək bu döyüşdən daha güclü çıxacağını bəyan edib.

O, əlavə edib: Fələstin İslami Cihad hərəkatının hərbi qoluna bağlı Cenin briqadası və Cenindəki bütün müqavimət qrupları sionist düşmənin təcavüzünü necə zərərsizləşdirəcəyini çox yaxşı bilirlər. Müqavimət qüvvələrinin düşmən üçün nələr hazırladığını hamı görəcək.

Digər tərəfdən, Əl-Cəzirə sionist ordusunun Ceninin müxtəlif bölgələrinə indiyədək 15 hava hücumu təşkil etdiyini bildirib. Sionist əsgərlər həmçinin Cenin düşərgəsində 15 fələstinlini həbs ediblər.

İbrani mediası da sionist təhlükəsizlik mənbəsinə istinadən xəbər verib ki, sionist rejimin Ceninə qarşı əməliyyatı 10 gün əvvəl bu rejimin siyasi dairələri tərəfindən planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =