Sionistlərin Ceninə ardıcıl iki günlük hücumunun ardınca 10 şəhid, 100-dən çox yaralı var

Sionistlərin Ceninə ardıcıl iki günlük hücumunun ardınca 10 şəhid, 100-dən çox yaralı var

Sionist rejim ardıcıl ikinci gündür ki, İordan çayının qərb sahilindəki Ceninə qurudan və havadan hərtərəfli hücum edir. Bu təcavüz nəticəsində 10 nəfər şəhid olub, 100-dən çox fələstinli yaralanıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, dünən (3 iyul bazar ertəsi) səhər saatlarından etibarən sionist rejimin Ceninə davamlı hücumları nəticəsində 10 mülki şəxs şəhid olub, 100-dən çox dinc sakin yaralanıb, onlardan 20-nin vəziyyəti ağırdır.

Qırmızı Aypara Cəmiyyəti bu gün elan edib ki, Cenin düşərgəsində humanitar vəziyyət çox ağırdır və bu düşərgənin sakinləri dərman, su və qidaya ciddi ehtiyac duyurlar, lakin İsrailin Ceninə təcavüzü yardımın çatdırılmasına mane olur. Cenin düşərgəsindən dərc olunmuş şəkillər orada görünməmiş dağıntıların olduğunu göstərir.

Digər tərəfdən, sionist rejim öz əsgərlərindən birinin əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində yaralandığını təsdiqləyib. Bu rejim həmçinin, Cenində yüzlərlə partlayıcı aşkar edib ələ keçirdiyini və pilotsuz təyyarələri ilə Cenin düşərgəsindəki müxtəlif hədəflərə 20 dəfədən çox hücum etdiyini və hədəflərinə çatana qədər Ceninə qarşı quru və hava hücumunu davam etdirəcəyini iddia edib.

Sionist rejimin Ceninə qarşı dünən səhər saatlarında başlayan hava hücumları bu gün də davam edib və sionist hərbçilərlə müqavimət qüvvələri arasında qarşıdurmanın davam etməsi səbəbindən Cenin düşərgəsindəki “Əd-Dəmic” məhəlləsi bu rejimin bu gün səhər saatlarında hava hücumlarının hədəf olub.

Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds belə elan edib: “Döyüşçülərimiz Allahın yardımı ilə bir qrup sionist qüvvələri aldadaraq “Əd-Dəmic” məhəlləsində tələyə saldılar və onlara güclü və birbaşa atəş açdılar.

Fələstin müqaviməti sionist qəsbkarların müxtəlif istiqamətlərdən Cənin düşərgəsinə doğru irəliləməsinə mane olsa da, bu gün səhər saatlarında işğalçılar Cenin düşərgəsindəki “Qəhlişe” məhəlləsinə soxularaq şəhid atası “Qeys Cabarin” və onun oğlu “Qasi”ni həbs ediblər.

Sionist ordu bu gün elan edib ki, dünən və bu gün Cenində 120 fələstinlini əsir götürüb.

Fələstin müqaviməti ilə işğalçı qüvvələr arasında qarşıdurma bu gün səhər saatlarında Əz-Zəhra məhəlləsində şiddətlənib və işğalçı qüvvələr Ceninə daha çox əsgər və hərbi texnika göndərir və bu səhərdən işğalçı qüvvələrin hücumlarının davam etməsi ilə eyni vaxtda, bu rejimin çoxlu sayda kəşfiyyat təyyarəsi bu şəhərin səması üzərində uçur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 14 =