Pakistanda “beyin yeyən” parazitə 4-cü yoluxma qeydə alınıb

Pakistanda “beyin yeyən” parazitə 4-cü yoluxma qeydə alınıb

Pakistanda insan beyninə nüfuz edən “Negleria Fowler” tipli amöbə 4-cü yoluxma halı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə “Pakistan Observer” səhiyyə orqanlarına istinadən məlumat yayıb.

Qripə bənzər əlamətlər, yüksək hərarət və baş ağrısı olan bir kişi tibb müəssisəsinə yerləşdirilib və orada dünyasını dəyişib.

Səhiyyə orqanları əlavə testlərdən sonra “Negleria Fowler” amöbünün olduğunu təsdiqləyiblər.

Qeyd edilir ki, infeksiyaya yoluxmanın əsas yolu ağız və ya burun vasitəsilə bədənə daxil olan və insan beyninə keçən çirklənmiş su ilə təmasdır. Mikroorqanizm beynin ölümcül infeksiyası olan ilkin amöb meninqoensefaliti törətməyə qadirdir.

Nəşrin məlumatına görə, bu, Lahorda bu infeksiyaya ilk yoluxma, ölkədə isə dördüncü haldır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + three =