ABŞ Kiyevə kaset sursatlarının tədarükünü müzakirə edir

ABŞ Kiyevə kaset sursatlarının tədarükünü müzakirə edir

Həftə ərzində ABŞ hakimiyyəti Ukraynaya kaset sursatlarının tədarükünə razılıq verilməsi ilə bağlı qərar qəbul edə bilər.

APA-nın CBS telekanalına istinadən verdiyi məlumata görə, bu məsələnin müzakirəsi əks-hücum fonunda Ukraynanın mərmi ehtiyacını ödəmək məqsədi daşıyır.

Fakt budur ki, kaset sursatlarının məhvetmə sahəsi adi silahlardan beş dəfə çoxdur.

Eyni zamanda kasetli sursatlar bir sıra ölkələrin ratifikasiya etdiyi beynəlxalq konvensiya ilə qadağandır. ABŞ və Ukrayna onların arasında yer almır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =