Meksikada avtobus uçurumdan aşıb – 27 nəfər ölüb, 17 nəfər yaralanıb

Meksikada avtobus uçurumdan aşıb – 27 nəfər ölüb, 17 nəfər yaralanıb

Meksikanın Oaxaka ştatında avtobusun on metrlik uçurumdan aşması nəticəsində 27 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə Milenio bələdiyyənin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bundan əlavə, 17 nəfər yaralanıb.

Qeyd edilir ki, ilkin olaraq qəzanın qurbanlarının sayı 25 nəfər olub, lakin iki nəfər ağır xəsarətlər alaraq tezliklə dünyasını dəyişib. Ölənlər arasında bir yaşlı uşaq da var.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + seven =