Fransada son sutkada 1 polis əməkdaşı yaralanıb, daha 20 nəfər saxlanılıb

Fransada son sutkada 1 polis əməkdaşı yaralanıb, daha 20 nəfər saxlanılıb

Fransada davam edən iğtişaşlar zamanı son sutkada 1 polis əməkdaşı yaralanıb, daha 20 nəfər saxlanılıb.

“Report” Fransa KİV-ə istinadən xəbər verir ki, avtomobillərin yandırılmasına 55 cəhdin olduğu bildirilir.

Fransanın daxili işlər naziri Cerald Darman deyib ki, vəziyyət sabitləşsə də, nəzarət tədbirləri davam edir.

Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 27-də 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayıb. Polisin gənci qətlə yetirməsi ölkədə geniş narazılığa səbəb olub. Nümayişlər və qarşıdurmalar zamanı minlərlə insan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 − one =