Xankəndidəki dəstələr tərk-silah edilir – Qriqoryanın təcili səfərinin sirri

Xankəndidəki dəstələr tərk-silah edilir – Qriqoryanın təcili səfərinin sirri



Publika.az
 xəbər verir ki, bu barədə erməni ekspert Artur Tovmasyan deyib.

Onun sözlərinə görə, bu haqda ona məlumatlı mənbələr informasiya ötürüb.

“Qərbin təzyiqi ilə İrəvan Araik Arutyunyanı “müdafiə ordusu”nu tərk-silah etməyə inandıracaq. Bunun qarşılığında “artsax rəhbərliyinə” təhlükəsizlik zəmanətləri veriləcək. Bu məsələnin həyata keçirilməsi üçün ABŞ-da konkret addımlar müzakirə olunur”, – o bildirib.

Qeyd edək ki, xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən danışıqlarından sonra Armen Qriqoryan ABŞ-a gedib və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =