Zibilxanaya çevrilən kəndin problemini həll edən yoxdur – VİDEO

Zibilxanaya çevrilən kəndin problemini həll edən yoxdur – VİDEO

Qubanın Digah kəndinin sakinləri ərazinin zibil poliqonuna çevrilməsindən şikayətçidirlər.

Sakinlər deyirlər ki, kəndə indiyə qədər məişət tullantılarını daşımaq üçün maşın ayrılmayıb.

Onların sözlərinə görə, zibillərin yandırılması nəticəsində təbiətə də ziyan dəyir.

“Şəhərdən gələn qonaqlar olur. İstəyirlər ki, təbiətin şəklini çəksinlər. Buranı görəndə utanıb gedirlər”, – kənd sakini deyib.

Bələdiyyə sədri Veysəl Əhmədov isə məsələ ilə bağlı bildirib ki, onlar ərazidə zibil qutuları yerləşdirmək, zibil maşını ayırmaq iqtidarında deyillər.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + nineteen =