Hizbullah: İsrail öz qeyri-stabilliyindən xilas olmaq üçün müharibədən başqa çarə görmür

Hizbullah: İsrail öz qeyri-stabilliyindən xilas olmaq üçün müharibədən başqa çarə görmür

Hizbullahın İcra Şurasının sədr müavini sionist düşmənin Cenin düşərgəsində məğlubiyyətinə toxunaraq deyib: Sionistlər bu düşərgədə müqaviməti məhv edə bilməyəcəklər.

Hizbullahın İcra Şurasının sədr müavini Əli Dəmuş bu gün vurğulayıb ki, sionist müvəqqəti rejim Fələstinin Cenin düşərgəsinə son hücumunda açıq və gizli məqsədlərindən heç birinə nail ola bilməyib.

Əl-Mənar xəbər kanalı Əli Dəmuşa istinadən xəbər verir ki, sionist düşmən Cenində Fələstin xalqının müqaviməti qarşısında bir daha məğlub olub və bu, müqavimət qüvvələrinin şücaəti və onların düşmənin qüvvələrinə qarşı şiddətli qarşıdurması sayəsində olub.

Bazar ertəsi (3 iyul) səhər sionist rejimin Cenin Fələstin düşərgəsinə son hücumu bu nəzəriyyəni sübut etdi ki, Tel-Əviv geniş yayılmış qeyri-stabillikdən xilas olmaq, müqavimətin artan gücü ilə üzləşmək və yalnız iddiadan ibarət olan gücünü göstərmək üçün müharibədən daha yaxşı çıxış yolu görmür.

Sionist rejimin müharibədən müharibəyə qaçması böhranla doğulan və yeganə funksiyası böhran yaratmaq olan Benyamin Netanyahunun kabinetinin aylardır strategiyasına çevrilib. Təl-Əvivin daxili qarşıdurmadan xarici təhdidlərə keçməsi onu göstərir ki, işğalçı rejim qeyri-stabillik yolundadır və qismən sabitlik nöqtəsinə qayıda bilmir.

Cenindəki müqavimətin sionist düşmənlə qarşıdurmada təsirli olmağa davam edəcəyini bildirən Əli Dəmuş deyib: Cenin də İordan çayının qərb sahilindəki müqavimət üçün güclü baza olaraq qalacaq və düşmən onu kökündən kəsib ayıra bilməyəcək.

Amerikanın da İslama və müsəlmanlara qarşı nifrəti olduğuna işarə edən bu Hizbullah rəsmisi bu məsələyə aydınlıq gətirdi: Amerika İslam xalqlarının mənafeyinə zidd işləyir və şiə, sünni, ərəb, kürd, fars və izədi arasında heç bir fərq qoymur. Amerika İrana sanksiya qoyub, Suriya, İraq, Yəmən və Fələstinə təcavuz edib.

O, Amerikanın artıq sanksiyalarla öz məqsədlərinə çata bilməyəcəyini vurğulayaraq qeyd edib: Amerikanın regiondakı layihəsi zəifləyir və Amerika hökuməti region ölkələri arasında yaxınlaşmadan sonra öz məqsədlərinə çata bilməyəcək.

O, sonda vurğuladı: Bu gün şahidi olduğumuz region ölkələri və xalqları arasında yaxınlaşma onu göstərir ki, bizi dini, irqi, etnik, partiya və ya siyasi məsələlərə görə parçalamaq üçün bütün planlar və fitnələr uğursuzluğa düçar olub. Fələstin məsələsi də müqavimətin əsas məsələsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =