ABŞ maliyyə nazirinin müavini Aİ-yə səfər edəcək
ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemo anti-Rusiya sanksiyalarının həyata keçirilməsi üçün səyləri əlaqələndirmək və digər məsələləri müzakirə etmək üçün Belçika, Almaniya və İtaliyaya səfər edəcək.
APA-nın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər iyulun 9-dan 15-dək davam edəcək. Adeyemo Brüssel, Frankfurt və Berlinə, həmçinin Romaya səfər edəcək. ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, səfərin məqsədlərindən biri Rusiyaya qarşı “sanksiyalardan yayınmağa qarşı mübarizədə Qərb ölkələri arasında koordinasiyanı davam etdirməkdir”.
Apa.az